• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1528
— 17.04.2024 14:48

Azərbaycan Ordusu Tovuz istiqamətində Ermənistanın kvadrokopterini zərərsizləşdirib

KepezTV Player

Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan mövqelərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib. Hadisə Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqelərində baş verib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Kvadrokopter bölmələrimizin sayıqlığı nəticəsində zərərsizləşdirilərək müsadirə edilib.