• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1694
— 15.04.2024 15:42

“Azərişıq” Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işləri aparır

“Azərişıq” Qubadlı, Zəngilan və Cəbrayıl rayonları ərazisində bir neçə istiqamətdə işləri fasiləsiz olaraq aparır. Zəngilan rayonunun Ağbənd qəsəbəsindən Bartaz yüksəkliyi istiqamətində 35 kV-luq izolyasiyalı xəttin çəkilişinə start verilib. 

Qubadlı rayonu ərazisində də bir neçə istiqamətdə yenidənqurma işləri davam edir. Qubadlı yarımstansiyasından çıxan Fərcan xəttinin yeni dayaqları basdırılır. Sarılı Xəştab kəndi istiqamətində də yeni 35 kV-luq xəttin metal dayaqlarının basdırılması işləri davam etdirilir. Həmçinin, Üzümçülük deyilən ərazi və Güləbirt istiqamətlərində də işlər aparılır.

İki dövrəli Cəbrayıl-Horovlu kabel hava xəttinin layihə üzrə nəzərdə tutulan dayaqlarının əksəriyyəti çəkilib, işlər davam edir. Həmçinin, yenidənqurma işləri çərçivəsində iki dövrəli Şükürbəyli xəttinin davamı olaraq Xudafərin xəttinin dayaqlarının basdırılması işləri aparılır.