• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2263
— 11.02.2019 17:29

10-cu sinif şagirdi gənci bıçaqladı

KepezTV Player

Şəki rayonunda bıçaqlanma hadisəsi baş verib. Şəki şəhər sakinləri - 16 yaşlı Məmməd Əyyubov mübahisə zəminində 18 yaşlı Nəzir Abdullazadəni bıçaqlayıb. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Ona bel nahiyəsinin sağ və sol tərəflərinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. Məmməd Əyyubov Şəki şəhərindəki ümumtəhsil məktəblərindən birinin X sinif şagirdidir.Fakt araşdırılır.