• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1265
— 01.02.2019 13:24

Qadının çantasından oğurluq edən şəxs tutulub

KepezTV Player

Marşrutda qadının çantasından oğurluq edən şəxs tutulub. Abşeron Rayon Polis İdarəsinə müraciət edən Masazır qəsəbə sakini olan qadın qəsəbə ərazisindəki xətt marşrutlarının birində içərisində 222 manatı və sənədləri olan pulqabısının çantasından oğurlandığını bildirib. Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş B.Ağamalıyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalar davam etdirilir.