• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1484
— 08.01.2019 21:58

Şəmkirdə bir neçə oğurluq faktının üstü açılıb

KepezTV Player

Şəmkirdə gənc yeniyetməni özünə cinayət ortağı edərək silsilə oğurluqlar törədib. Şəxslər bir ay ərzində 3 mağazanı və bir neçə avtomobili qarət ediblər. Sonda məsuliyyətdən yayına bilməyiblər. 
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkumluq yaşamış rayon sakini 22 yaşlı Mətləb Həsənov saxlanılıb. Ətrafında aparılan araşdırmalar zamanı müəyən edilib ki, Həsənov ötən ilin dekabr ayının əvvəllərindən rayonun müxtəlif ərazilərində silsilə oğurluqlar törədib. Yeniyetməni də əməlinə ortaq edərək mağazalar, iaşə obyektləri və avtomobillərə qənim kəsilib. Onlar pul, spirtli içki, tütün məmulatları, televizor və digər əşyaları oğurlayıblar. 

Rafiq Quliyev müstəntiq : “30 dekabr 2018-ci il tarixdə gecə saat 02:00 radələrində Şəmkir şəhəri 20 yanvar küçəsində yerləşən Kazımov Rizvan Ramiz oğluna məxsus mağazaya qanunsuz daxil olmaqla oradan ümumilikdə 1400 manat dəyərində tütün məmulatları, eneji içkiləri, nəğd pul vəsatini oğurlayıblar. Həsənov Mətləb Aydın oğlunun Şəmkir şəhəri ərazisində bir neçə xırda fakt törətdiyi də müəyən edilib”. 

Mətləb Həsənovun  oğurladığı tütün məmulatlarının bir qismi yaşadığı evin zirzəmisindən aşkarlanaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxs oğurluq yolu ilə əldə etdikləri digər qənimətləri Gəncə şəhərində tanımadıqları şəxsə satdıqlarını, əldə etdikləri pulu öz aralarında böldüklərini etiraf edib.

Mətləb Həsənov saxlanılan şəxs: “Baxdıq ki, iki dənə sağ-sol qıfıl var. Qıfılları qırdıq. Qapını açıb, içəri girdik. Pul və siqaret eləcə də su götürüb, çıxdıq. Televizorları da maşınla Gəncəyə apardıq. Fərqi yox idi, kim olur olsun, Gəncədə satcaqdıq. İki nəfər şəxs çıxdı qabağımıza, onlara 80 manata satdıq”. 

Əməlinə görə peşman olan Mətləb Həsənovun başqa cinayətlərdə iştirak edib-etmədiyi araşdırılır.

Natiq Hüseyn