• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 845
— 08.04.2024 17:05

İcma: Aİ-ni və ABŞ-ı regionda vəziyyəti gərginləşdirən addımlar atmamağa çağırırıq

Natali Luazo başda olmaqla Avropa Parlamentinin bir qrup azərbaycanafob deputatı ABŞ-nin Dövlət katibi Antoni Blinkeni və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayeni Brüssel görüşünün davamı olaraq Ermənistanın dırnaqarası “təhlükəsizliyi"nə yardım etməyə çağırıblar. Bu, bir daha sübut edir ki, 5 aprel görüşü məhz Ermənistanın hərbiləşdirilməsi məqsədi daşıyıb. Qərbi Azərbaycan İcması Avropa ittifaqı və ABŞ-ı regionda vəziyyəti gərginləşdirən addımlar atmamağa çağırıb. Ermənistanın törətdiyi dağıntılar və mina problemindən əziyyət çəkən Azərbaycan dəstəklənməli və Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışı təşviq edilməlidir.