• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1071
— 05.04.2024 18:44

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Bu gün saat 15:10-dan 17:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti təxribatlarına zəmin yaratmaq məqsədilə Azərbaycan Ordusunun Tovuzun Hacalı, Ağbulaq, Ağdam, Qaralar, Köhnə Qışlaq və Gədəbəyin Qalakənd yaşayış məntəqələri istiqamətlərindəki mövqelərinin qarşısında səngərin mühəndis cəhətdən təkmilləşdirilməsi işlərini görməyə cəhd göstəriblər. Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb. Müdafiə Nazirliyindən o da bildirilib ki, saat 17:25 radələrində Berd rayonunun Çinarlı yaşayış məntəqəsində yerləşən mövqelərdən Ordumuzun Tovuzun Muncuqlu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.