Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 nömrəli məktəb İtaliya - Azərbaycan universitet layihəsi çərçivəsində ADA Universitetinin təşkilatçılığı ilə keçirilən “Azerfoodathon 2024” müsabiqəsində 8 layihə ilə iştirak edib. Komandalar təqdim olunan müxtəlif kateqoriyalar üzrə bir-birindən maraqlı layihələr hazırlayıb. “Azerfoodathon” müsabiqəsinin təşkil olunmasında məqsəd orta məktəb şagirdlərini kənd təsərrüfatı və qida sistemləri ilə bağlı problemləri həll etmək üçün yeni ideyaların, layihələrin inkişaf etdirilməsinə ruhlandırmaq olub. ADA Universitetində təşkil olunan tədbirdə layihələrin mükafatlandırılması mərasimi keçirilib. Nəticələrə əsasən Gəncə-Daşkəsən Regional təhsil idarəsi üzrə 4 komanda medalla təltif olunub. Bu komandalardan üçü məhz 39 nömrəli məktəbin "Çinar", "Oksigen" və "Həyat" adlı komandalarıdır.
- Baxış: 170