Azərbaycanda ikinci dəfədir, Laçın Şəhəri Günü qeyd olunur. Laçın şəhəri günü Prezident İlham Əliyevin ötən ilin iyulunda imzaladığı Sərəncama uyğun olaraq hər il avqustun 26-da keçirilir. Əlamətdar günün bu tarixdə qeyd olunması Azərbaycan Ordusunun Laçın şəhərində 2022-ci ilin avqustun 26-da yerləşməsi ilə əlaqədardır. Həmin gün Prezident İlham Əliyev azərbaycanlıların Laçın şəhərinə qayıtması ilə bağlı müjdəli xəbəri "X" sosial şəbəkəsində elan edib.Artıq iki ildir ki, Laçın şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı dalğalanır.Qeyd edək ki, Vətən müharibəsi başa çatandan sonra Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanata əsasən, Laçın rayonu 2020-ci ilin dekabrın 1-də təhvil verilib. Laçın şəhərinə məcburi köçkünlərin qayıdışına başlanılıb.Bu günədək Laçın rayonuna 828 ailənin tərkibində 3069 nəfər yerli sakin köçürülüb.Laçın şəhəri ilə yanaşı Zabux və Susda da yenidənqurma və bərpa işləri aparılır.
- Baxış: 296