• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1812
— 04.04.2024 19:24

Minalar yenidənqurma işlərinə və məcburi köçkünlərin qayıtmasına mane olur

"Ermənistanın mina terrorunun qurbanları arasında mülki şəxslər, o cümlədən uşaqlar da var". Bu barədə isə Prezidentinin köməkçisi Hikmət Hacıyev sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, Ermənistanın 30 ildir davam edən hərbi işğalı nəticəsində Azərbaycanın azad edilən əraziləri minalarla ciddi şəkildə çirkləndirilib. Minalar, müharibənin partlayıcı qalıqları və əldəqayırma partlayıcı qurğular mülki vətəndaşlarımızın ölümünə və yaralanmasına səbəb olmaqda davam edir. Yenidənqurma işlərinə və məcburi köçkünlərin geri qayıtmasına mane olur. 

Azad edilmiş ərazilərin hər qarışını işğal dövründə minalarla çirkləndirib

Azərbaycanın azad edilmiş ərazilərinin demək olar ki, hər qarışı işğal illərində Ermənistan tərəfindən minalarla çirkləndirilib. Hikmət Hacıyevin digər paylaşımında "ANAMA-nın təqdim etdiyi fotolarda zərərsizləşdirmə tələb olunan minalar sarı çubuqlarla işarələnib",- yazılıb.