İtaliyanın bölgə ilə bağlı yürütdüyü siyasət başda Fransa olmaqla, bəzi Avropa ölkələrinə Fransaya nümunə olmalıdır. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin bölgədəki vəziyyət ilə bağlı açıqlamasına dair şərhində belə deyib.Onun sözlərinə görə, bu açıqlama ilk növbədə beynəlxalq hüququn təməl prinsip və normalarına hörmətin əlamətidir: “Bu, eyni zamanda, ölkələrin daxili işlərinə müdaxilənin və Azərbaycanla Ermənistan arasında normallaşma və sülh prosesi kimi həssas məsələ ilə bağlı məsuliyyətsiz yanaşmadan çəkinilməsinin nə dərəcədə vacib olduğunu nümayiş etdirir”. Ayxan Hacızadə İtaliyanın həm münaqişə, həm də post-münaqişə dövründə bölgə üzrə sərgilədiyi siyasət və yanaşmanın daim balanslı olduğunu deyib.
- Baxış: 71