• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1113
— 04.04.2024 19:08

Prezidentlərin təkbətək görüşü olub

Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizə rəsmi səfərə gələn Konqo Prezidenti Deni Sassu-Nqesso ilə təkbətək görüşü olub.

Sizin səfəriniz çox böyük əhəmiyyət daşıyır və bu gün təkbətək görüşdə biz bir çox məsələləri geniş müzakirə etdik. Azərbaycan Prezidenti İlham Əliyev Konqo Prezidenti Deni Sassu-Nqesso ilə geniş tərkibdə görüşündə bildirib ki, səfərin gündəliyi kifayət qədər genişdir. Dövlət başçısı qeyd edib ki, siyasi, iqtisadi, investisiya, energetika və digər sahələrdə mümkün olan əməkdaşlıq haqqında danışılıb. Müzakirə olunan bütün məsələlərlə bağlı fikirlər üst-üstə düşür.

Azərbaycan Prezidenti İlham Əliyevin və Konqo Prezidenti Deni Sassu-Nqessonun iştirakı ilə Azərbaycan-Konqo sənədlərinin imzalanması mərasimi olub. Prezidentlər “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə”ni imzalayıblar. 

Bizim siyasi əlaqələrimizin bundan sonra uğurla inkişaf edəcəyinə heç kimdə şübhə yoxdur və bu gün imzalanmış əməkdaşlıq haqqında Bəyannamə bunu bir daha təsdiq edir. Prezident İlham Əliyev konqolu həmkarı ilə mətbuata bəyanatlarla çıxışında bildirib ki, bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək əsasında qarşılıqlı fəaliyyət davam etdiriləcək. Xüsusilə BMT-də və Qoşulmama Hərəkatı çərçivəsində. Azərbaycan Konqonun dəstəyini hər zaman hiss edib, təşəbbüslərə hər zaman öz dəstəyini verib. 

Azad Mustafayev