• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1051
— 03.04.2024 17:25

Əsassız iddialar Parisin gərginlik yaratmaq səylərinin bariz nümunəsidir

"Fransanın Avropa və xarici işlər naziri Stefan Sejurnenin Azərbaycana qarşı səsləndirdiyi əsassız iddialar növbəti dəfə Fransanın bölgədə açıq-aşkar gərginlik yaratmaq və sülh prosesinə mane olmaq səylərinin bariz nümunəsidir". Xarici İşlər Nazirliyinin Mətbuat katibi Ayxan Hacızadə Fransanın Avropa və xarici işlər naziri Stefan Sejurnenin ABŞ Dövlət katibi ilə birgə mətbuat konfransında Azərbaycana qarşı səsləndirdiyi iddiaları şərh edərkən belə deyib. Bildirib ki, Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, bölgədə militarizmi təşviq edən Fransa tərəfinin Azərbaycanı aqqressiv ritorikada təqsirləndirməsi qəbuledilməzdir.

Ayxan Hacızadə- XİN-nin mətbuat katibi: “Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi kimi məsul vəzifəni yerinə yetirdiyi bir dönəmdə, ölkənin imicinə xələl gətirmək məqsədi güdən və sədrliyimizi hədəf alan bu kimi çağırışlardan çəkinilməsinin Fransa və dünyamız üçün daha faydalı olacağını hesab edirik. Məhz Fransa kimi ölkələrin son 30 ildə Ermənistanın təcavüzünü ört-basdır edən siyasətinin heç bir fayda vermədiyi hər kəsə aydın olmalıdır. Bununla, Fransa tərəfi anlamalıdır ki, onun tərəfindən həyata keçirilən bu kimi destruktiv fəaliyyətə nə qədər ki, son qoyulmayıb, bu həm Fransanın zərər görmüş imicinə, həm də hər vəchlə müdafiə etdiyi Ermənistana xeyir gətirməyəcək”.

Azad Mustafayev