Korçay Dövlət Təbiət Qoruğunun yaranmasından 16 il keçir. Goranboy rayonunun Bozdağ silsiləsində 4833,6 hektar sahəsi olan qoruqda nadir və nəsli kəsilmək təhlükəsində olan heyvan növləri qorunur. Ərazinin təbii landşaft sahələri heyvan və quşlar üçün mühüm əhəmiyyətə malikdir. Qoruqda 600 başdan çox ceyranın yaşadığı müəyyən edilib. Bundan başqa ərazidə dovşan, tülkü, çaqqal, qamış pişiyi, canavar, quşlardan kəklik, turac, çöl ördəyi və kifayət qədər sürünənlərə də rast gəlinir. Qoruqda Azərbaycanın “Qırmızı Kitab”ına daxil olan məməlilərin, sürünənlərin və qiymətli bitkilərin ciddi mühafizəsi, eləcə də təbii yolla artımı həyata keçirilməkdədir. Korçay Dövlət Təbiət Qoruğunun yaranmasının 16-cı ildönümü münasibətilə məktəblilərin qoruğa ekskursiyası da təşkil olunub. Burada şagirdlərə qoruğun mövcud flora və faunası haqqında ətraflı məlumatlar verilib, aparılan mühafizə işlərindən danışılıb.
Fərid Mehdiyev
- Baxış: 190