Yaxın günlərdə Daşaltı əməliyyatında itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq. DTX-nin rəisi general-polkovnik Əli Nağıyev qeyd edib ki, Birinci Qarabağ müharibəsi nəticəsində itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatda olan 3890 vətəndaşımızın taleyinə aydınlıq gətirilməsi, işğaldan azad olunmuş ərazilərdə kütləvi məzar yerlərinin müəyyən olunması, meyit qalıqlarının ekshumasiyası və eyniləşdirilməsi istiqamətində hazırda intensiv iş aparılır. Görülən tədbirlər nəticəsində 107 itkin düşmüş şəxsin eyniləşdirilməsi təmin edilib, onların sırasından 1992-ci ilin yanvar ayında Daşaltı əməliyyatında itkin düşmüş 34 nəfərin adları ictimaiyyətə elan olunub. DTX-nin rəisi bildirib ki, Fransa Ermənistanı yeni müharibəyə təhrik edir. Fransa məqsədinə çatmaq üçün öz xüsusi xidmət orqanı nümayəndələri vasitəsilə müxtəlif şəxsləri məxfi əməkdaşlığa cəlb edib casus şəbəkəsi formalaşdırmaqla Azərbaycanın milli təhlükəsizliyinin zərərinə fəaliyyət göstərir.
- Baxış: 94