• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1470
— 06.03.2024 10:33

Müasir teatrlarımız dövrün tələblərinə cavab verirmi?

Teatr yunan sözü olub, “tamaşa etmək”, “tamaşa yeri” mənasını verir. Qədim dövrlərdə bizə məlumdur ki, teatr incəsənətin məbədidir. Bu mədəniyyəti qoruyub saxlamağı bacaran sənətkarlarımızın yolundan yol alan biz gənclər də, bunu inkişaf etdirməyi bacarmalıyıq. Teatr rəqs formasında hələ daş dövründə mövcud olsa da, onun yeni əsasları antik Yunanıstanda işlənir və teatr sənətinin inkişafına təkan verir. "Teatron"nun yaradılması ilə bir tərəfdən yunan demokratiyasının müzakirəsinə imkan verilmişdir. Aristotel öz işlərində teatr elmini də əsaslandırmışdır. O hadisə, məkan və vaxtı dramada birləşdirməyi tələb etmişdir.

Dövrün tələbinə uyğun olaraq, Gəncədə olan mədəniyyət ocaqlarından biri, tikilişi bu yaxınlarda başa çatmasına baxmayaraq, “Gəncə Dövlət Dram Teatrı” artıq bir neçə konsert və layihələrlə gənclərin maraq dairəsində olmağa davam edir.

Orxan Əmirxanov- təşkilatçı: Gənclərə dəstək olmaq niyyəti ilə biz bir sıra addımlar atırıq. Buna da konsert, tədbir hazırlamaq aiddir ki, onların maraq dairəsini  belə doldurmuş oluruq".

Bəs gənclərimiz, teatra nə dərəcədə maraq göstərir?

Orxan Əmirxanov- təşkilatçı: "Nə yalan deyək, hazırda gənclər kinoteatra daha çox maraq göstərir. Bunun nəticəsində də teatra sevgi azalır".

Əlbəttə, biz gənclər olaraq, hər zaman yeni texnoloji alətlərə daha çox üstünlük veririk. Buna səbəb dövrün təkmilləşməsidir. Ancaq unutmamalı olduğumuz məqamlardan biri də, birini ucaltdıqda, digərinin böhranına səbəb olmayaq.

Tellan Zeynalova

 

ƏTRAFLI...