• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1464
— 29.02.2024 10:09

Bədən dili

Bədən dili bəşər tarixində ən qədim ünsiyyət vasitəsindən biri hesab olunur. Duyğu və düşüncələrimizi deməsək belə, bədən dilimiz bunun ən düzgün variantını göstərir. Çünki hərəkət, insanın əsil hisslərini və niyyətini ortaya çıxaran vasitədir.

Ünsiyyət qurduğumuz adamlarla əlaqədar düşüncələrimizin meydana gəlməsində bədən dilinin rolu böyükdür. İlk dəfə qarşılaşdığımız  və ya  heç vaxt danışmadığımız bir adam üçün, ya duruşundan xoşlanmadığımızı, ya da bir görüşdə onu sevdiyimizi deyə bilərik. Oturuşumuz, duruşumuz, mimikalarımız və jestlərimiz çox əhəmiyyətlidir. Bunların hamısı insanın hazırki  əhvalını ifadə edir. Bəzən, bir hərəkət min sözü əvəz edir. İstəsək də, istəməsək də üzümüzdə yaranan tutqun ifadə, sevincli anlarımız qarşımızdakı insan  tərəfindən dərhal başa düşülür. Davranışlarımızda bədən dilindən  yerində və vaxtında istifadə etsək, insanlara təsir gücümüz artar. Həddindən artıq əl-qol hərəkətləri, mimikaların çoxluğu dinləyənin diqqətini azaldaraq, mövzunu zəiflədir.

Gülşən Sadıxova- müəllim: “Bədən dili, insanın düşüncələrini əks etdirən vasitələrdən biridir. İnsan bədən dilində müəyyən qədər düzgün istifadə etməlidir. Bunlara jest-mimika, müəyyən emosiyalar və geyim aiddir. İnsan öz aqressiyasını, sevincini, kədərini, uğurunu və kimdənsə narazı olub-olmadığını bədən dili vasitəsilə göstərir”.

Ən çox istifadə olunan bədən dili işarələri var ki, istifadə zamanı dərhal başa düşə bilirik. Məsələn: qorxu halında qaşlar qalxar, alında üfüqi, düz xətlər meydana gələr. Üzdə yaranan gülüş xoşbəxt və sevincli olduğunu. Barmaqların birləşdirilməsi isə özünə inamı göstərir. Şifahi ünsiyyət zamanı düşündüklərimiz və hiss etdiklərimizi düzgün şəkildə ifadə edə bilirik, amma bədən dilimizlə həmin ifadələri düzgün şəkildə göstərməyi bacarmırıqsa qarşımızdakı insan tərəfindən bir qədər səhv anlaşıla bilərik. Çünki bəzi hallarda insanlar deyilən sözə deyil, davranışa önəm verirlər. Bəs görəsən hər kəs bədən dilindən doğru şəkildə istifadə edə bilirmi?

Gülşən Sadıxova- müəllim: “Bədən dili elementləri insanın kimliyini mütləq nəzərə çatdırır. İnsan bir növ özünü, ruhunu xarakterizə edir. Məsələn; bir nəfər aqressiv deyil, amma elə hərəkət edir ki, qarşısındakında səhv təəssürat yaradır. Və ya həddən artıq narahat insandır, amma bu narahatçılığı heç cür bildirə bilmir. Bu da onu göstərir ki, hər kəs bədən dilindən doğru şəkildə istifadə edə bilmir”.

Fidan Qədimova