• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1009
— 26.02.2024 10:39

Xocalı faciəsi

Müharibə bəşəriyyətin ən pis xəstəliyi, soyqırım isə heç sağalmayan yarasıdır. Bu cür işğalçı qəsbkarlıq qan-xəta, ölüm, fəlakət, dağıntı və dəhşətli faciələri ilə yadda qalır. Ona görə də yaraları dərin və sağalmaz iz buraxır. Tarixin elə ağrı-acılı, qanlı səhifələri olub ki, onların dəhşətləri zaman keçdikcə üzə çıxır, yaralarından qan süzülür, sağalmasına heç bir ümid qalmır. Elə Xocalı müsibəti kimi!

Rüqəyyah Şükürova- tələbə: Fevralın 25-dən 26-na keçən gecə Xocalı qətliamı törədilmişdir. Bu faciə nəinki Azərbaycan tarixinin, həm də bəşər tarixinin dəhşətli terror aktlarından bir idi. Törətdiyi terror aktı ilə ermənilər vəhşiliklərini bütün dünyaya göstərmiş oldu”.

Tarix tarixlə həm yuyulur, həm təzələnir. Qanımız çox axıdıldı, tariximiz qara yazıldı. Ağır illərdən keçdik, ağla gəlməyən məşəqqətlər yaşadıq. Savaşdıq, ağır yaralar aldıq. Yara var canda olur, yara var yaddaşda, həm canımızdan, həm yaddaşımızdan qanımız axdı.

Şəhidlik uca bir zirvə olmaqla yanaşı, həm də bir məktəbdir. Elə bir məktəb ki, biz o məktəbdən igidliyi, mərdliyi, cəsurluğu, Vətən uğrunda candan keçməyin nə olduğunu öyrənirik. Hər dəfə şəhid məzarlarını ziyarət edərkən zirvənin əlçatmaz olduğu qədər də qürurverici bir məqam olduğunu dərk edirik. 

Eşidirsənmi, Xocalı? Artıq “Qarabağ şikəstəsi” acı dildə oxunmur. Gözün aydın, zəfərin daim olsun, gələcəyi əbədi nura qərq olan Azərbaycanım!

Ürfanə Əzimova