Xarakter həyatda qazanılmış davranış formasıdır. Heç kim tənbəl və ya işgüzar, qəddar və yaxud da humanist dünyaya gəlmir. Bu kimi keyfiyyətləri insan həyat prosesində təlim və tərbiyənin təsiri altında qazanır.
İnsanları bir-birlərindən fərqləndirən şəxsiyyətin davamlı fərdi psixi xassələrindən biri də xarakterdir. Adətən, insanları bir-birlərindən fərqləndirərkən onların xasiyyətini, xarakterini ön plana çəkirlər. İnsan xarakteri onun dünyagörüşü və əqidəsilə də sıx bağlıdır. Xarakter tipləri müxtəlifdir. Amma 2 əsas tip daha geniş yayılmışdır. Ekstravert və introvert. Ekstravertlərə coşqunluq, təşəbbüskarlıq və ünsiyyətlilik xasdır. İntrovertlər üçün öz daxili aləmində baş verənlərdə şəxsi maraqlarını güdməsi, ünsiyyətsiz və uyğunlaşmada çətinlik çəkmək xarakterikdir. Xarakterin tiplərinin mövcud olan bütün konsepsiyalarının çatışmazlığı var. Məsələ ondadır ki, hər bir insan fərddir və heç də həmişə müəyyən bir tipə aid edilməyə bilər. Çox vaxt eyni insanda xarakterin ən müxtəlif əlamətləri kifayət qədər inkişaf etmiş olur. Praktik olaraq, xarakterin tiplərinin bütün təsvirlərində ən müxtəlif cinsli və ya daha düzgün desək ən müxtəlif qəbildən olan xüsusiyyətlərinin birləşməsini tapmaq olar.
Orxan Cavadzadə- tələbə: “Xarakterin formalaşması birinci ailədə, daha sonra cəmiyyətdə rol oynayır. Hər bir insanın özünəməxsus xaraketeri var. Xarakterin formalaşmasında ətraf mühit xüsusi rol oynayır”.
İnsanın xarakteri adətən sosial amillərin təsiri altında formalaşır. Xarakterin formalaşması problemini nəzərdən keçirərkən onun eyni zamanda həm sabit, həm də dəyişkən olması prinsipini tətbiq etmək lazımdır. Bundan başqa, şəxsiyyətin ən vacib xüsusiyyətlərindən biri olan xarakter- ictimai tarixi bir kateqoriyadır, ona görə də insanda güclü xarakterin formalaşmasından danışarkən həmişə sosial şərtlərin təsirini nəzərdə tutmaq lazımdır. Bəs güclü xarakterli insanlar kimdir? Bunu müsahibizdən dinləyək.
Orxan Cavadzadə- tələbə: “Hər bir insan istəyər ki, güclü xarakterdə olsun. Amma hər kəs güclü xarakterə malik olmur. Özünəinam ən önəmli faktordur. Və özgüvəni olan insanlar güclü xarakterli insanlardır”.
Fidan Qədimova
- Baxış: 2729