• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1491
— 21.02.2024 10:36

Beynəlxalq Ana Dili Günü

Boşuna deməyiblər ki, “Ana vətən”, “Ana dili” insanın həyatının əsasını formalaşdırır. Ona görə də biz bu anlayışlara yiyələnməli, eyni zamanda inkişaf etdirməliyik.

Bunu da təkmilləşdirən, məhz bizim “Ana dilimizdir”.  Bu gün, yəni fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Dil insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır. Bu günün daha çox əhəmiyyət qazanmasında rol oynayan müəllimlərimizi də unutmamalıyıq. Axı onlar əvəzsiz xarakter daşıyırlar.

Könül Əlizadə- müəllim: "Biz müəllimlər olaraq, gənclərin yanındayıq. Onlara hər məsələdə dəstəyik. Müəllimlik peşəsini də bizə sevdirən bu deyilmi? Ona görə, biz müəllimlər olaraq hər zaman gəncləri başa düşməyə çalışırıq".

Millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Bu mənada dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir. Azərbaycan dili bu tarixi hadisəni yaşamışdır.

Hər dili öyrənmək yaxşıdır, amma
Öz ana dilini bilməmək günah.
İnsanlıq dünyanın baxşıdır, amma
Dil ilə açılır həyata sabah.

Tellan Zeynalova