• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1467
— 21.02.2024 10:31

Gənc vokal ifaçısı

Vokal ifası səs sənətidir və çalğısında zərb aləti istifadə olunmayan, sərbəst vəznli musiqi nümunələri vokal sənətinə aid edilir. Bu dəfə sizə vokal sənəti üzrə peşəkarlaşma yolunda olan Qaya bəyi təqdim edəcəm. Gəlin görək onda bu vokal sənətinə maraq necə başlayıb?

Qaya Nəsibzadə– vokalist: "Məndə bu sənətə həvəs 5- 6 yaşımdan olub. O vaxt televizorda Müslüm Maqomayev, Rəşid Behbudov kimi dahi ifaçıları görürdüm, yəni istər-istəməz məndə bu sənətə həvəs yarandı. Mən də istəyirdim onlar kimi ifa edim, onlar kimi sənətkar olum. Belə-belə məndə bu sənətə həvəs yarandı. Mən də hal-hazırki Gəncə Regional Musiqi Kollecinə daxil oldum. Hal-hazırda 3-cü kursda təhsil alıram".

Vokal sənəti Avropada, xüsusilə İtaliada təşəkkül tapmışdır. Bu ixtisasın sahibi eyni zamanda vokal sənətinin tədrisi ilə də məşğul ola bilər. Eləcə də, opera səhnəsində və böyük səhnələrdə klassik əsərləri ifa etməklə məşğul ola bilər. İfa etdiyi musiqilərlə insanların sevgisini qazanan Qaya bəyin bu sahədə uğurları da çoxdur. Elə isə, bu uğurları haqqında gəlin elə özündən eşidək.

Qaya Nəsibzadə– vokalist: "2020-ci il ərəfəsi idi, pandemiya vaxtında Rusiyada səs yarışması keçirilirdi. Həmin o yarışmada ikinci yerə layiq görülmüşəm. . 2022-ci ildə Heydər Əliyevin anadan olmasının 99 illik münasibətilə "Sən elə bir zirvəsən" adlı Respublika müsabiqəsi keçirilirdi. Həmin o yerdə Respublika üzrə birinci yerə layiq görülmüşəm".

Qaya Nəsibzadə– vokalist: "Gəncləri bu sənətə cəlb etmək üçün mən bəzi şeylər demək istəyərəm ki, əgər istedadınız varsa, siz bunu özünüzdə hiss edirsinizsə, özünüzə inanırsınız ki, məndə bu istedad, bu potensial var, mən bunu bacararam, bunu özünüzə deməyi bacarırsınızsa deməli, hər şey yaxşı olacaq. Amma bununla yanaşı bu sahə üzrə təbii ki, təhsil almaq da önəmlidir. Yəni bu sahə üzrə təhsil almaq o qədər də çətin bir şey deyil. Sadəcə əgər sən bunu istəyirsənsə, əgər səndə bu qabiliyyət, səndə bu əzm varsa, sən bu sahə üzrə sona kimi gedə bilərsən. Yəni, bu, o demək deyil ki, tənbəllik edirsən. Tənbəllik edib, geridə qalmaq olmaz. Ancaq irəli getmək lazımdır. Yəni, özün öz istedadını kəşf etməlisən. Bu sahə üzrə sona qədər irəliləməlisən”.

Ülvi Cəfərov