Mərkəzi Seçki Komissiyası Azərbaycanda fevralın 7-də keçirilən prezident seçkilərinin nəticələri barədə protokolu müvafiq sənədlərlə birlikdə seçkilərin nəticələrinin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edib. Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Prezident seçilmiş şəxs Prezident seçkilərinin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içir. Seçkilərdə 7 namizəd mübarizə aparıb. İlham Əliyev 92,12% səslə seçkilərin qalibi olub.
- Baxış: 99