• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1423
— 05.02.2024 19:45

Artım ölkəmizdəki 1.1 milyon olan bütün pensiyaçılara şamil olunacaq

KepezTV Player

Pensiyalara edilmiş artımlar 1,1 milyon pensiyaçını əhatə edir. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov mətbuat konfransında deyib ki, misal olaraq şəxsin pensiyası 500 manatdırsa, bu məbləğ yanvarın 1-dən 11,2 faiz- yəni 56 manat artırılmaqla 556 manata çatdırılacaq. Pensiyaçılara yanvar ayının 56 manat artımı da fevralın pensiyasına əlavə olunaraq veriləcək.

Anar Kərimov- Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini: “Əgər bu məbləğ 1000 manatdırsa, o, həm fevral ayının 112 manatını alacaq, eyni zamanda yanvar ayının artımını alacaq. Vətəndaşlar narahat ola bilər ki, biz bunu fevral ayında elan ediriksə, yanvar ayının artımı artıq əldən getmiş olur. Biz bunu da növbəti sosial ödənişlərdə nəzərə alacağıq. Burda pensiya məbləğlərindən ümumi şərtlərlə pensiyaya çıxmış vətəndaşlar bəhrələnə biləcəklər”.

2024-cü il yanvarın 1-dək qeydə alınan pensiya kapitalları da 8.8 % indeksləşdirilərək artırılır.

Vüsalə Cənnətova