• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 929
— 24.01.2024 10:12

İstedadlı qarmon ifaçısı

Nurtac Aslanova- tələbə: “Musiqiyə olan həvəsim uşaq vaxtlarımdan yaranıb. Anam da qarmon muəlliməsidir. Onunla bərabər məktəbə getdikdə şagidrlərində ifası mənim çox xoşuma gəlirdi və marağıma səbəb olurdu. Onların ifasını diqqətlə dinləyir evdə ifa etməyə çalışırdım. İlk həvəslə ifa etdiyim musiqi “Cücələrim” olmuşdur.

Qarmon IX əsrin sonlarından etibarən Azərbaycan məişətinə daxil olan milli musiqi alətlərimizin bir hissəsinə çevrilən musiqi alətidir.

Nurtac Aslanova- tələbə: Musiqiyə böyük həvəsim vardır. İlk dəfə fortepiano üzrə təhsil almışam. Lakin  qarmona həvəsimin yaranmasına səbəb olmuşdur. Musiqi insanların həyatının əsas hissəsini təşkil edir. Daha çox əsəbiləşdikdə musiqi ifa etmək mənə müsbət təsir göstərir”.

Digər xalq çalğı alətlərinin bir hissəsi olan qarmon müxtəlif muğam, mahnı və rəqslərin əsasını təşkil edir. Azərbaycanda istifadə edilən xromatik növlü qarmonun texniki ifa xüsusiyyətləri və səs quruluşu başqa ölkələrin qarmon növündən fərqlənir.

Nurtac Aslanova- tələbə: Qarmon üç hissədən ibarətdir. Sağ və sol hissəcikdən. Orta hissə körük adlanır. Klaviş və meydə əsas hissələridir”.

Ürfanə Əzimova