• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 988
— 25.01.2024 16:52

90 yaşlı qadın xilas edilib

KepezTV Player

Fövqəladə Hallar Nazirliyinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Xilasedicilər çağırış üzrə cəlb olunub. Onlar alpinist ləvazimatlarının köməyi ilə doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 1934-cü il təvəllüdlü G.Cabbarovanı xilas ediblər.