• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1217
— 24.01.2024 12:11

İki maşın toqquşub, xəsarət alanlar var

KepezTV Player

Bakının Səbail rayonunda Neftçilər prospektində yol qəzası baş verib. “Changan” markalı avtomobil hərəkətdə olan BMW-yə çırpılıb. “Changan” deformasiyaya uğrayıb, maşında olan sərnişin və sürücü xəsarət alıb. Hadisə yerinə gələn Təcili yardım briqadası xəsarət alan şəxslərə ilkin yardım göstərib. Fakt üzrə Səbail Rayon Polis İdarəsinin əməkdaşları sürücülərin izahatını alıb. Avtomobillər cərimə meydançasına yerləşdirilib.