• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2092
— 23.01.2024 11:49

Fobiya

Xarici təhlükələrə qarşı emosional vəziyyətimizə qorxu deyilir. Hər bir canlı instiktiv olaraq təhlükəli hesab etdiyi vəziyyətlərdən qaçır. Və bu, zamanla insanlarda fobiya yaradır. Fobiya isə bizim gündəlik həyatımıza mənfi təsir edir.

Zeynəb Həsənova- tələbə: “Fobiya- təşviş və qorxu hissləri, həmçinin müxtəlif vegetativ əlamətlərlə müşahidə olunan haldır. Fobiya zamanı insanlarda bəzi göstəricilər nümayiş oluna bilir. Bunlara misal olaraq, əllərin tərləməsi və ürəkbulanmanı göstərə bilərik. Fobiyalar müxtəlifdir, məsələn bəzi insanların heyvanlara qorxusu var. Təkcə yırtıcı heyvanlara deyil, eyni zamanda ev heyvanlarından belə qorxurlar. Mənim fobiyam isə dolama yollara qarşıdır”.

Araşdırmalar göstərir ki, dünyada hər 8 nəfərdən biri fobiyadan əziyyət çəkir. Əvvəla onu qeyd etmək lazımdır ki, fobiyanın bir çox yaranma səbəbləri var: travma və qorxu nəticəsində yaranan, yaxud ailədən keçən fobiyaları misal göstərə bilərik. Ailədən gələn bəzi inanclar var ki, insanlarda müəyyən qədər fobiya yaradır. Fobiyanın bir çox növü var və hər biri insanda özünü fərqli şəkildə büruzə verir. Ən çox rast gəlinən fobiyalar siyahısına: zoofobiya, qaranlıq, yüksəklik və sosial fobiya daxildir. Zoofobiya ən çox yayılmış qorxular sırasındadır, hətta araşdırmalar göstərir ki, fobiyalar arasında yeganə izahı olan fobiya növüdür. Sosial fobiya isə gənclərin cəmiyyət, kütlə qarşısında özünü düzgün ifadə edə bilməməsidir.

Zeynəb Həsənova- tələbə: “Bəzi fobiyalar var ki, o insana mənfi təsir edir və ondan qurtulmaq çətin olur. Bu halda isə mütəxəssisdən məsləhət almaq lazımdır”.

Qorxu müəyyən qədər insanın  gündəlik həyatına mənfi təsir göstərə bilir. Və qorxular fobiyaya çevrildikdə artıq emosional olaraq insanlara ciddi təsir edir. Fobiyanın əsas simptomları insan qorxduğu bir hadisə, varlıq və ya vəziyyətlə qarşılaşdıqda görünür. Bu simptomlara: Ürək döyüntüsü, huşunu itirmə, soyuq tər, nəfəs darlığı aiddir. Bu cür problemlərin insana fəsadları olmadan  qurtulmaq üçün cəhdlər edilməlidir. Fobiyalardan qurtulmağın da bir neçə yolu var. Mütəxəssislər qeyd edir ki, fobiyamızı aradan qaldırmaq üçün ilk olaraq onun hansı səbəbdən, hadisədən sonra yarandığını araşdırıb tapmalıyıq və bu problemin öhdəsindən gəlməliyik. Əgər özünüz bu problemi dəf edə bilmirsinizsə, mütləq mütəxəsisdən məsləhət almalısınız.

Unutmamalıyıq ki, fobiyalarından qurtulan insan hər zaman xoşbəxtdir. Sadəcə bu xoşbəxtliyə çatmaq üçün addım atmaq lazımdır. Biz gənclər olaraq hər istəyimizi bacararıq.

Fidan Qədimova