• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1006
— 22.01.2024 15:45

Narkotik vasitələrin qrup halında qəbul edildiyi ev aşkarlanıb, 5 nəfər saxlanılıb

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində Hövsan qəsəbəsində narkotik vasitələrin qrup halında qəbul edildiyi məkan aşkar edilib. Tədbir zamanı narkotiklərin istifadəsinə şərait yaradan ev sahibi Malik Dadaşov, həmin ünvanda narkotik vasitələr qəbul edən Turan İbrahimov, Anar İlyasov və daha iki qadın saxlanılıb. Evə baxış zamanı müxtəlif növ narkotik maddələr və onların prekursorları aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.