• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1410
— 22.01.2024 15:25

Avtomobil dirəyə çırpılıb, uşaq ölüb

Lənkəranın Talışlı kəndində "VAZ-2107" markalı avtomobilyoldan çıxıb və elektrik dirəyinə çırpılıb. Zərbənin təsirindən avtomobildə sərnişin qismində olan sürücünün oğlu, Ləj kənd sakini, 2012-ci il təvəllüdlü uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb. FHN-in xüsusi riskli xilasetmə qüvvələri meyiti maşından çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Faktla bağlı araşdırma aparılır.