• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1813
— 18.01.2024 10:14

Dekorativ tətbiqi sənətçi

Bu gün sizi taxtalardan sənət əsəri düzəldən Vəfa xanımla tanış edəcəm.

Vəfa Musayeva– dekorativ tətbiqi sənətçi: "Bu işə bir neçə il əvvəl başladım. Amma uşaqlıqdan özüm sevirdim. Bu işlə az-az özüm üçün məşğul olurdum. Nə isə düzəldirdim. Və sonra elə oldu ki, bu işlə professional məşğul olmaq istədim. Sonra daha da çox düzəltməyə başladım və satışlarını icra etdim. İndi isə özüm bir çox master klasslar təşkil edirəm.

Taxta üzərində rəsm asan kimi görünsə də, bir qədər çətindir. Rəngləri uyğunlaşdırmaq, fırça ilə işləmək ustalıq tələb edir. Bəs belə əl işlərini harada istifadə etmək olar?

Vəfa Musayeva– dekorativ tətbiqi sənətçi: "Taxta üzərində rəsm, yəni çox gözəl fiqurlar edirik. Taxta üzərində kəsim edirik və fərqli- fərqli rəsmlər edirik. Onu həm boyunbağı, həm açar akssesuarı və ya bir bəzək əşyası kimi istifadə etmək olar”.

Öz işini sevməsi ona bu yolda daha inamlı addım atmağa imkan verir. Və uğur qazandırır.

Vəfa Musayeva– dekorativ tətbiqi sənətçi: "Bu iş, düzdür, çox xırda işdir, çox vaxt aparır, amma həqiqətən, bunu edərkən insana emosional olaraq  rahatlıq verir. Yəni həm də muncuq üzərində işləmək bir başqa, taxta üzərində rəsm çəkmək bir başqa hiss etdirir. Bu zaman öz təxəyyülünü ortaya qoyursan və çox gözəl əl işləri etdikcə, insana xoş gəlir və rahatlanırsan”.

Bu işlə məşğul olmaq insana xüsusi bir rahatlıq verir. Elə sənəti sənətçidən öyrənmək lazımdır deyib, Vəfa xanımın əl işlərinə nəzər salsaq görərik ki, o, hər bir rəsminə məna verməyi çox sevir.

Vəfa Musayeva– dekorativ tətbiqi sənətçi: "Burada gördüyünüz rəsmə “vanlayn” deyilir və bu, bir xətt ilə işlənilən işdir. Sonra üzərinə rəsm çəkilir və yenidən xətlər çəkilir. Burada isə sadəcə rəng uyğunluğu olsun deyə işləmişəm. Məsələn, belə bir iş var, bu, həqiqətən, əziyyətli bir işdir. Çox vaxtımı aldı. Amma çox sevirəm, ən sevdiyim iş budur. Bu, məsələn, əjdahanın gözüdür. Və belə bir işim daha var. Bir xanım oturub sahildə, belə deyim, dənizə baxır”.

Bəs Vəfa xanımdan eşidək görək, bu işlə məşğul olmaq gənclərə gələcək həyatlarında nə qazandıra bilər?

Vəfa Musayeva– dekorativ tətbiqi sənətçi: "Şəhərimizdə yarmarkalar keçirilir. Hal-hazırda pulsuz yarmarkalar keçirilir və orada istənilən əl işlərini sərgiləyə bilərlər”.

Xüsusi bir aura və güclü səbr tələb edən bu sənətlə məşğul olmaq istəyən gənclərə baxaq görək, Vəfa xanım nələri tövsiyə edir.

Vəfa Musayeva– dekorativ tətbiqi sənətçi: "Bu işlə məşğul olmaq istəyən biri, gərək, həqiqətən, səbirli olsun. Yəni səbirsiz insana bu işlə məşğul olmaq bir az çətin olar. Bu işi sevərək edən insana deyə bilərəm ki, həqiqətən də, bu işlə məşğul olmağa dəyər”.

Ülvi Cəfərov