Doğru söyləyiblər ki, hər şeyin təməli uşaqlıqda qoyulur. Həmin o təməl ki, artıq bizim gələcəkdə kim olacağımızın sübutu olur. Bəs uğurlu olmaq üçün etdiyimiz seçimlər nə qədər düzgündür?
Səma Mehdizadə- psixoloq: “Uşaqların ortalama intellekt əmsalı normal zəkada 90-100 arası, 110- dan yüksək üstün zəkalı, dahi şəxslərdə isə bu göstərici 140- dan daha çoxdur. Bu intellekt əmsalı 175-180- ə qədər də qalxa bilər. Bu uşaqlar xüsusi uşaqlardır. Ona görə də həm ən aşağı, həm də üstün zəkaya malik övladınız varsa, vaxtında psixoloqa müraciət edə bilərsiniz”.
Elə gələcəyimizdən danışmışkən, gənc ixtiraçıların istedadına həsr olunan bu gün, yəni “Ümumdünya uşaq ixtiraları günü” hər kəsi uşaqlara, onların fikirlərinə, yaradıcılığına daha çox diqqət ayırmağa sövq edir. Çünki bəzi təcrübələr göstərir ki, onların arasında nəhəng istedadlar yetişə bilir. Ancaq bəzən valideynlər övladlarının istedadının önünü kəsmək məcburiyyətində qalırlar. Bunun səbəbi nədir?
Səma Mehdizadə- psixoloq: “Bir uşağın ilk psixoloqu öz valideyni olmalıdır. Uşağı passiv şəkildə müşahidə etmək ən vacib faktorlardan biridir. Mənim uşağım necə biridir? Mənim uşağımın potensialı nədir? Mənim uşağım nəyi edərkən daha xoşbəxt olur? Rəsmə marağı olan bir uşağı tibbə, yaxud müəllimliyə yönləndirmək valideynin istəyi olacaq, uşağın deyil və nəticədə övladınız uğursuz ola bilər”.
Uğurlu və ya uğursuz olmaq öz əlimizdədir! Çalışıb öz üzərimizdə işləyib, əlimizdən gələnin ən yaxşısını ortaya qoymalıyıq. Bacarığımızı və istedadımızı hər şeyə və hər kəsə rəğmən göstərməyi bilməliyik.
Lalə Bağırova
- Baxış: 139