• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 919
— 16.01.2024 10:15

Gənc gips boyama ustası

Ətrafımızda elə sənət və sahələr var ki, duyğuların və düşüncələrin təcəssümüdür. Həmin sahə ilə məşğul olmaq sadəcə bizi rahatlaşdırır, stressli və düşüncəli həyatdan uzaqlaşdırır. Bu dəfə də belə sahələrdən biri ilə məşğul olan  bacarıqlı gənc Günay  xanımın  sənəti ilə tanış olacağıq.  

Günay Məmmədovagips boyama ustası: “Mən sosial şəbəkələrin biridə bu sahə ilə bağlı bir paylaşım gördüm, sonra dedim, bir də mən sınaqdan keçirim. Elə internetdən baxaraq necə olur, necə hazırlanır- hər birini öyrəndim. İndi də balacalara öyrədirəm. Çünki düzəltdiyimiz fiqurlar daha çox uşaqların marağını çəkir. Biz həm bir yerdə öyrənirik, həm də əylənirik.

Ümumiyyətlə, psixoloqların fikrincə, özümüzü belə maraqlı məşğuliyyətlərə cəlb etmək bizim ruh sağlamlığımız  üçün xeyirlidir. Bəzən hər hansı bir fəaliyyəti vaxt itkisi kimi görə bilərik. Və ya hər iş çətin olacaq deyə bir qayda yoxdur.

Günay Məmmədovagips boyama ustası: “Bu iş elə də çətin deyil, sadəcə səbr tələb edir. Bəzən elə olur ki, artıq biz mayeni hazırlayırıq, qəlibin içərisinə tökdüyümüz zaman biz onun qurumasını yarımsaat, 20 dəqiqə gözləməliyik. Elə də olur ki, həmin vaxt keçdikdən sonra, yəni artıq fiquru qəlibin içərisındən çıxaranda forma qırılır və demək olar ki, çəkdiyimiz əziyyət boşa getmiş olur. İşin çətin tərəfi budur. Ancaq nəticədə maraqlı, gözəl fiqurlar əldə edəndə, bütün əziyyətimə dəyər, deyirsən”.

Bu cür incəsənət sahələri böyüklərdən daha çox kiçiklərin marağını çəkir. Valideynlər çox vaxt övladlarını belə incəsənət sahələrinə istiqamətləndirərək onları faydasız məşğuliyyətlərdən uzaq tuturlar. Görək, müsahibimiz bu haqda nə düşünür?

Günay Məmmədovagips boyama ustası: “Uşaqlar şəkil çəkdikləri zaman hərəkət etmədən beyinlərini işə salmış olurlar və istədikləri şəkilləri çəkə bilirlər. Şəkil çəkmək dedikdə, ancaq kağız üzərində olan rəsimlər nəzərdə tutulmur, istədiyimiz rəsmi müxtəlif fiqurların üzərində də əks etdirmək mümkündür. Bəzi uşaqlar var ki, onlar şəkil çəkə bilmirlər, onlara belə fiqurlar verəndə artıq zövqlərinə uyğun rəngləyirlər”.

Son olaraq, gəlin görək, Günay xanım bu sənətin bu sahəsinə marağı olan gənclərə nə demək istəyər?

Günay Məmmədovagips boyama ustası: “Bu sahə ilə məşğul olmaq insanın əsəb sistemlərini sakitləşdirir, rahatlaşdırır. Sadəcə məsləhətim odur ki, əgər bu sənəti istəyirlərsə, sadəcə səbrli olsunlar. Səbirli olduqları zaman hər bir işdə uğurlu ola bilərlər”.

Lalə Bağırova