• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1440
— 16.01.2024 16:26

Vətəndaşlar qanunsuz saxlanılan silahlarını polisə könüllü təhvil verib

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir. Müvafiq tədbirlər nəticəsində 5 nəfər şəhər sakini müvafiq sənədləri olmayan, müxtəlif marka və kalibilir ov və döyüş silahlarını polisə könüllü təhvil veriblər. Təqdim edilən 1 ədəd “Kalaşnikov” avtomatı və 4 ədəd müxtəlif markalı və kalibirli ov tüfəngləri müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.
Bundan başqa Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz ov ilə məşğul olan Ə. Yusifov və S. Kazımov soyadlı şəxsləri rayonun Balakürd kəndi ərazisində saxlayıblar. Onlar inzibati məsuliyyətə cəlb olunublar.