• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1830
— 16.01.2024 14:18

Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olanlar saxlanılıb

KepezTV Player

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilməsi üçün əməliyyat tədbirləri davam etdirilir. Polis əməkdaşları belə tədbirlər zamanı rayon sakini Azad Abasovu saxlayaraq  şöbəyə gətiriblər. Onun üzərinə keçirilən baxış zamanı 400 qramdan artıq olan narkotik vasitə - marixuana, eləcə də psixotrop maddə olan metamfetamin aşkar olunaraq maddi sübut kimi götürülüb. Şöbə əməkdaşları tərəfindən eyni istiqamətdə keçirilən digər bir əməliyyat tədbiri zamanı isə rayon sakini Rahim Kərimov da saxlanılıb. Onun üzərindən isə polietilen torbada qablaşdırılmış təmiz çəkisi 430 qram olan marixuana aşkarlanıb. Faktlarla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində cinayət işləri başlanılıb, saxlanılan hər iki şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.