• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 942
— 11.01.2024 15:32

İctimai və sosial fondlara köçürülən vəsaitlərin vergidən azad olan hissəsi artırılıb

KepezTV Player

İctimai və sosial məqsədlər üçün yaradılmış fondlara köçürülən vəsaitlərin vergidən azad olan hissəsi 5 faiz artırılıb. Vergi Məcəlləsinə edilən bu dəyişiklik vergi ödəyicilərinin ictimai və sosial layihələrə maliyyə yardımları ayırmalarına maraqlarının, eyni zamanda, həmin sahələrin maddi gəlirlərinin artırılması məqsədi daşıyır. 

 Mirməhəmməd İsmətli- Dövlət Vergi Xidmətinin əməkdaşı: “Sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində Vergi Məcəlləsinə dəyişiklik edilib. Onlardan biri ictimai və sosial məqsədlər üçün yaradılan fondlara köçürülən vəsaitlərin vergidən azad olan hissəsinin artırılmasıdır. Belə ki, vergi ödəyicilərinin sosial – korporativ məsuliyyətindən irəli gələn maliyyə dəstək proqramlarının daha effektiv şəkildə həyata keçirilməsi məqsədilə hesabat ilinin mənfəətinin Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən meyarlara cavab verən, elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara, habelə siyahısı Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara köçürülən və vergidən azad olan hissəsi 10 faizdən 15 faizə qaldırılıb”.

Vüsalə Cənnətova