• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1716
— 07.01.2024 14:52

Gəncədə şəhid bulağı istifadəyə verilib

KepezTV Player

Gəncədə Azərbaycanın bütövlüyü uğrunda canından keçən şəhid Şəhriyar Mehdiyevin xatirəsi əbədiləşdirilib. Doğum günündə onun adına bulaq kompleksi istifadəyə verilib. Açılış mərasimində şəhid ailələri və şəhər ictimaiyyətinin nümayəndələri, həmçinin Kəlbəcər Rayon İcra Hakimiyyətinin əməkdaşları iştrak ediblər. Bu kimi bulaq komplekslərinin istifadəyə verilməsinin işğaldan azad edilmiş torpaqlarımızı vətən edənlərə göstərilən dərin hörmət və ehtiramın bir nümunəsi olduğundan söz açılıb. İştrakçılar Azərbaycanın bütövlüyü uğrunda həlak olan bütün şəhidlərin unudulmadığını, onların xalqın qəlbində daim yaşayacağını vurğulayıblar. Şəhid Şəhriyar Mehdiyev ötən ilin sentyabrında Qarabağda keçirilən lokal antiterror tədbirləri zamanı şəhid olub.

Mehparə Mehdiyeva- şəhidin anası: “Bu gün yanvarın 7-si oğlumun ad günüdür. 19 yaşı tamam olur. Bu bulağa görə kim mənim övladımı yad edib, bura gəlib, Allah hamısının köməyi olsun. Çox sağ olsunlar, hamısına təşəkkürümü bildirirəm”.

Pərvin Abbaszadə