• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1714
— 07.01.2024 09:08

Aygün Bəylərin cənazəsi Türkiyədən Azərbaycana gətirilib

KepezTV Player

Əməkdar artist Aygün Bəylərin cənazəsi Türkiyədən Azərbaycana gətirilib. Mərhumun nəşi ailəsinə təhvil verilib. Müğənni sabah dəfn ediləcək. Bu yaxınlarda Bakıda solo konsertlə çıxış edən Əməkdar artist səhhətində yaranan ağırlaşma səbəbindən Ankaraya yollanıb və elə orada da vəfat edib. Aygün Hümmətova 22 avqust 1975-ci ildə Bakıda anadan olub. 2002-ci ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə Əməkdar artist fəxri adına layiq görülüb. Aygün Bəylər uzun müddətdir, onkoloji xəstəlikdən əziyyət çəkirdi. Allah rəhmət eləsin!