• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 922
— 07.01.2024 08:53

Lənkəranda yol qəzası zamanı üç nəfər xəsarət alıb

KepezTV Player

Lənkəranda "VAZ-2107" markalı minik avtomobili "Ford"la toqquşub. Nəticədə Astaranın Çayoba kənd sakinləri - 2004-cü il təvəllüdlü İlqar İlham oğlu Səfərzadə, 2006-cı il təvəllüdlü Şahlar Şahmar oğlu Əliyev və 2006-cı il təvəllüdlü Seydəmir Anar oğlu Quliyev xəsarət alaraq tibb müəssisəsinə çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.