• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1889
— 06.01.2024 19:45

Zəlzələ nəticəsində ölənlərin sayı 126-ya çatıb

Yaponiyada silsilə zəlzələ nəticəsində ölənlərin sayı 126-ya çatıb. Bu barədə Yaponiya hakimiyyət orqanlarının açıqladığı son məlumatlarda bildirilib. Yaponiyada zəlzələdə ölənlərin sayı 2016-cı ildən, ölkənin cənub-qərbindəki Kumamoto prefekturasında 273 nəfərin ölümünə səbəb olan dağıdıcı zəlzələdən sonra ilk dəfə olaraq 100 nəfəri ötüb. Bundan əlavə, son məlumatlara görə, ən azı 516 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Təcili yardım xidmətləri hələ də 222 sakini tapa bilməyib. Yaponiya özünümüdafiə qüvvələrinin də cəlb olunduğu fəlakət bölgəsində axtarış-xilasetmə əməliyyatı davam edir. Ən böyük ziyan İsikava prefekturasına dəyib: orada 250-dən çox ev, yanğınlar isə 300-ə yaxın binanı məhv edib. Təsirə məruz qalan bölgədə elektrik və su çatışmazlığı və yanacaq çatışmazlığı davam edir.

 Azərbaycan XİN Yaponiyaya başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Yaponiyaya başsağlığı verib. “Yaponiyanın Noto yarımadasında baş verən zəlzələ nəticəsində qeydə alınan insan tələfatı və dağıntılar bizi dərindən kədərləndirir”, - nazirlikdən bildirilib.