• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1898
— 05.01.2024 19:59

Uğurlu Horadiz əməliyyatından 30 il ötür

KepezTV Player

Azərbaycan Silahlı Qüvvələrinin uğurlu Horadiz əməliyyatından 30 il ötür. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində Füzulinin 20-dən çox kəndi, Horadiz qəsəbəsi işğaldan azad olunub. Əməliyyatda misilsiz qəhrəmanlıq nümunələri göstərdiklərinə görə 8 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Bu gün Horadiz əməliyyatında iştirak etmiş hərbi hissənin veteranları Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin, Şəhidlər Xiyabanında həmin döyüşlərdə şəhid olmuş döyüşçülərin məzarlarını ziyarət ediblər.