Samuxda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfsində Heydər Əliyev prospektindəki Mərkəzi park əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Sakinlərin asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə parkda mövcud olan fəvvarələr və oturacaqlar yenilənib, işıqlandırma sistemi əsaslı təmir edilib. Yeni söhbətgahlar yaradılıb, bəzək və gül kolları əkilib. Parkda "Heydər Əliyev ili" çərçivəsində əlamətdar bayramlar münasibətilə ümumrayon tədbiri keçirilib. Yeni ilin personajları olan Şaxta baba ilə Qar qız, yerli bədii özfəaliyyət qrupları, Uşaq musiqi məktəbləri kollektivləri çıxışları ilə tədbirə rəngarənglik qatıblar. Həmçinin əsgərə məktub layihəsi çərçivəsində xidmətdə olan əsgər və zabitlərimizə bayram məktubları yazılıb. Silsilə tədbirlərin davamı olaraq şəhid ailələri və qazilər üçün bayram süfrəsi təşkil olunub. Bayramlar münasibətilə təbriklər çatdırılıb, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixindən, Prezident İlham Əliyevin milli həmrəyliyin möhkəmləndirilməsi sahəsində xidmətlərindən, ölkəmizddə əldə olunan uğurlardan, sosial-iqtisadi inkişafdan danışıb. Sonda şəhid övladları hədiyyələrlə sevindirilib.
- Baxış: 176