• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2223
— 29.12.2023 15:46

Ombudsman 12 yaşlı qızın evliliyə cəlb olunması ilə bağlı məsələni nəzarətə götürüb

KepezTV Player

Sabirabad rayonunun Məmişli kəndində 12 yaşlı qızın evliliyə cəlb olunması ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumat araşdırılaraq Ombudsman tərəfindən nəzarətə götürülüb. Ombudsman Aparatından bildirilib ki, azyaşlının hüquqlarının təmin olunması istiqamətində zəruri tədbirlərin görülməsi və məsələnin nəzarətdə saxlanılması məqsədilə müvafiq sorğular göndərilib. Uşağın ailə üzvləri ilə maarifləndirici söhbət aparılıb, onlara qanunvericiliyin tələbləri, erkən evliliyin fəsadları izah edilib, uşağın təhsilinin davam etdirilməsinin vacibliyi vurğulanıb.