• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1233
— 29.12.2023 15:44

Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılıb

KepezTV Player

Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti 2025-ci il yanvarın 1-nə qədər uzadılıb. Prezident İlham Əliyev bununla bağlı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti 2024-cü il yanvarın 1-də bitirdi.