Deyirlər ki, “İncəsənətin əsas məqsədi insanları arzularına qovuşdurmaqdır”. İncə toxunuşlarla hər bir sənət də özünü həyatda ən yaxşı şəkildə əks edə bilir. Biz də bu gün insanların həyatında vacib yer tutan kinolardan, xüsusilə Yeni ildə daha çox izlənilən kinolardan danışacağıq.
Yeni il həyəcanını yaşayarkən bu ab-havaya daha çox bürünməsək, olmaz. Yəqin ki, hər gənc həyatında ən azı bir dəfə də olsa, Kris Kolumbusun rejissorluq etdiyi, 1990-cı ildə çəkilmiş ABŞ istehsalı olan “Milad” filmini izləyib.
Əlbəttə, hər gəncin fərqli maraqları var. Hər gəncin əyləncə anlayışı da, xüsusi günləri qeyd etmək tərzi də dəyişkəndir. Bəs ümumiyyətlə, yeni ildə gənclər vaxtlarını necə keçirirlər?
İsmixanova Aysun- tələbə: Mən bacardığım qədəri ilə Yeni ili pozitiv keçirməyə çalışıram. Çünki belə etdikdə, hər şeyin daha yaxşı olacağına da inanıram. Yeni ilin ən sevdiyim özəlliyi hər bir ailə fərdinin bir masa arxasında toplaşmasıdır.
İsmixanova Aysun- tələbə: “İnsanlar bu Yeni ildən çox şey gözləyirlər. Bu, normaldır. Mən də bir tələbə olaraq, kəsirsiz il arzu edirəm”.
Fərqli məşğuliyyətlərin insan həyatına müsbəst təsir etdiyini danmaq olmaz. Hər dəfə sanki yenilənmiş və enerjili hiss etməyin sirri, bəlkə də elə sosial aktivlik və müxtəlif fəaliyyətlərlə məşğul olmağa meyilli olmaqdır.
Hər gəncin öz yolu və bu yola onları aparan fərqli seçimləri var. Hər kəs Yeni il ərəfəsində dost, tanış və rəfiqələriylə də kinoteatrlara üz tutaraq maraqlı dəqiqələr keçirir.
Niyazi Zeynalov- Kinoteatr admistratoru: “Hər gəncin fərqli maraqları var. Biz də onların sevib-bəyənəcəyi filmləri onlara təqdim edirik ki, səmərəli vaxt keçirsinlər”.
Yeni arzular yeni ümidlərdə qovuşar. Hər film də, birlikdə keçirilən hər zaman kəsiyi də yeni ümid bəxş edər. Yeni ilə yeni arzular və uğurlarla addım atmağımız diləyi ilə.
Tellan Zeynalova
- Baxış: 258