KepezTV Player
34 min 500 ailə təqribən 140 min məcburi köçkün geriyə qayıdaraq öz dədə-baba yurdlarında məskunlaşması nəzərdə tutulub. Bu məqsədlə Ərazi Planlaşdırma sənədləri hazırlanıb və sənədlər əsasında bütün regionda tikinti layihələri hazırlanır. Dövlət Şəhərsalma Komitəsinin sədr müavini İlqar İsbatovun sözlərinə görə, Xocalı şəhərində işlərə başlanılıb. Xankəndi şəhərində bir neçə binanın yenidən qurulmasına yaxın günlərdə başlanılacaq. Eyni zamanda, Xanbəyli kəndində, Turşsu qəsəbəsində və bir neçə başqa kəndlərdə də parallel olaraq işlərin başlanması nəzərdə tutulub.
- Baxış: 126