Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində aparılan araşdırma nəticəsində MMC və onun vəzifəli şəxsi Orxan Səfərov, daha bir müəssisə və onun vəzifəli şəxsi Gülnarə Abdullayeva, sahibkarlıq fəaliyyəti ilə məşğul olan 4 vəzifəli şəxs - Şəmistan Əsgərov, Ceyhun İsmayılov, Əhliman Məcidov, Elşad Məmmədov, həmçinin 2 fiziki şəxs Elşən Bayramov və Heydər Bayramov tərəfindən saxlama müddəti ötmüş məhsulların satılması müəyyən edildiyindən barələrində inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul olunub. Baş Prokurorluqdan verilən məlumata görə, fiziki, vəzifəli və hüquqi şəxslər ümumilikdə 20 min manat məbləğində inzibati qaydada cərimə edilib.
- Baxış: 184