• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 918
— 27.12.2023 10:18

Gənc bəstəkar

Musiqisiz bir dünya, buludsuz bir səmaya bənzər. Ancaq dinlədiyimiz musiqinin əsl gücü insanı bəstəkarın xəyal dünyasına aparmasıdır. Gəlin, həmin dünya ilə biz də tanış olaq.

Dəb və zövq dəyişə bilər, ancaq  əsl musiqi isə əbədi yaşayır. Yarandığı gündən insanların bütün hisslərini özündə birləşdirən sehrli musiqilər sözləri ilə bəzən bizi çox uzaqlara aparır.

Elçin Əsgərov- bəstəkar, reper: “5- ci sinifdə Azərbaycan dili və ədəbiyyat müəllimimiz dedi ki, kim şeir yaza bilir? Hər şey belə başladı. Beləcə, yavaş-yavaş öz üzərimdə işlədim. Keçən ildən başlayaraq replə maraqlanıram”.

Musiqinin dili olsa da, danışsa” deyirlər. Ancaq onları danışdıranlar, həqiqətən, insan ruhundan anlayır. Bəzən elə olur ki, dinlədiyin musiqi janrından asılı olmayaraq, sənə heç nə qatmır. Ruhuna toxunmur. Bu yerdə bir bəstəkarın üzərinə çox iş düşür. Hər işin çətin, lakin öyrənməyi tələb edən tərəfləri var ki, işinin mütəxəssisi onun da öhdəsindən gələr.

Elçin Əsgərov- bəstəkar, reper: “Rep yazarkən əvvəlcə mahnını hiss etmək, sonra takda düşmək lazımdır, əsas bunlardır. Orda sözləri düzgün bölmək lazımdır. Rep- ritm və şeir deməkdir, ona görə də ritm və sözlər vacibdir. Yeni ritm hansı hissləri verirsə, artıq önündəki vərəqə də onları yazmaq lazımdır”.

Əgər yaxşı nəticə istəyiriksə, hər zaman diqqətli olmaq lazımdır. Elə bu yerdə, gəlin, gənc reperin özünün bəstələdiyi musiqini dinləyək.

Elçin Əsgərov- bəstəkar, reper: “Musiqi azaddır, repi də seçən insanın öz fikiridir. Ona görə də çalışıb öz fikirlərinin arxasınca getsinlər. Maraqlı bir sənətdir”.

Musiqi azad olduğu qədər, həm də ruhun dilidir. Bədii dildə desək, sanki bizə həyatın sirrini açır. Unutmayaq ki, musiqi dünyanı dəyişə bilər, çünki o, insanları dəyişə bilir.

Lalə Bağırova

ƏTRAFLI...