• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1612
— 27.12.2023 10:15

Gənclərin Yeni il hazırlığında yeni nələr var?

Aha, deyəsən, o vaxt gəldi yetişdi. Yeni il gəlir. A, bir dəqiqə. Təzə ili qarşılamaq üçün xüsusi hazırlaşmaq lazımdır. Bəs niyə?

Yeni il bir çox dünya ölkələrində böyük təmtəraqla qeyd olunan dünyəvi bayramlardan biridir. Hər il dekabr ayının 31-də əksər millətlər tərəfindən qeyd olunur. Artıq dekabr ayından başlayaraq şəhərlər, kafe və restoranlar, iri ticarət mərkəzləri, məktəb və bağçalar, evlər bəzədilməyə başlayır. Hər yerdə rəngarəng işıqlar, bəzədilmiş şam ağacları, gözoxşayan Yeni il atributları quraşdırılır. Ölkəmizdə də Yeni il çox sevilir və böyük maraqla qarşılanır. Bu bayramın da özənəməxsus ənənələri var.

Yeni il bayramını al-əlvan, bərli-bəzəkli şam ağacsız təsəvvür etmək qeyri-mümkündür. Əlbəttə, bu şam ağacı təbii küknar ağacından olsa və yarpaqları ətir saçsa, daha gözəl olardı. Amma təbiəti qorumaq xatirinə süni şam ağacları ilə də da keçinmək olar. Bəs Yeni il bayramında gənclər nə edir?

Yusif Mehdiyev- tələbə: Biz tələbələrlə birlikdə bu günü coşqu ilə qeyd edirik. Birlikdə yeni il ağacı qurub bəzəyirik. Beləliklə 2024-ü uğurlu şəkildə qarşılayacağımıza inanırıq”.

Namiq Muradov - tələbə: Bu günü - gözəl bayramı tələbələrlə keçirmək tamam başqadır, əyləncəlidir”.

Nərgiz Xanlarova- tələbə: Bir tələbə olaraq, Yeni ildən bol yüksək qiymətlər və uğurlu bir il arzu edirəm”.

Hər gənc bu günə xüsusi həyəcanla hazırlaşır. Axı uşaqlımızdan bu günə kimi həvəs və sevinc içərisində gözlədiyimiz bu bayramı necə qaçıra bilərik?

Deyirlər ki, insan seçimləri ilə yaşayar bu həyatı. Keçmiş səhvlərdən dərs almaq, indiki zamanda yeni şeylər öyrənmək və gələcək haqqında xəyal qurmaq lazımdır. 2024-ci ildə xəyallarımız reallaşsın!

Tellan Zeynalova

ƏTRAFLI...