KepezTV Player
Güclü külək səbəbindən elektrik enerjisinin verilişində yaranan fasilələr qatarların hərəkət qrafikindən çıxmasına səbəb olub. "Azərbaycan Dəmir Yolları" QSC-dən verilən məlumata görə, əsasən Sumqayıt-Pirşağı-Bakı istiqamətində hərəkət edən qatarlarla bağlı belə hal yaşanıb. Sərnişinlərin mənzilbaşına təhlükəsiz çatdırılması baxımından bəzi sahələrdə sürət həddinin endirilməsi ilə bağlı maşinistlərə təlimat verilib.
- Baxış: 190