• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 782
— 27.12.2023 19:53

FHN-dən yeni illə bağlı əhaliyə xəbərdarlıq

KepezTV Player

Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, hələ də bəzi vətəndaşların ən sadə təhlükəsizlik qaydalarına belə etinasız münasibətinə rast gəlinir. Bu da sonda əziz bayramın faciəyə çevrilməsinə səbəb olur. Xoşagəlməz hadisələrdən qorunmaq üçün əməl olunması zəruri olan bir sıra təhlükəsizlik qaydaları var.

Abbas Abbasov- FHN-in Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşı: “Yeni il şənlikləri təşkil olunacaq binalar DYNX ilə razılaşdırılmalıdır. Şənlik ikinci mərtəbədən yuxarıda keçirilməməlidir. Məkanın iki çıxışı olmalıdır. Ehtiyat çıxış yollarında sərbəst çıxışa mane olan heç nə olmamalıdır. Otağın qapıları mütləq bayıra açılmalıdır. Məkanda nəzərdə tutulan saydan artıq insan olmamalıdır. Evlərdə və şənlik təşkil olunan məkanlarda bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməlidir, ağacın budaqları tavana və divarlara toxunmamalıdır”.

Yanğın təhlükəsi yaradan vasitələr sırasında protexniki vasitələrlər də var. Düzdür polis belə məhsulların satışının qarşısını almaq istiqamətində tədbirlər görür. Lakin vətəndaşlar da sağlamlıqlarının və yarana biləcək təhlükənin baş verməməsi üçün məsuliyyətli davranmalıdırlar. 

Abbas Abbasov- FHN-in Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşı: “Qapalı məkanda atəşfəşanlıq edilməməlidir, eyni zamanda pirotexniki vasitələrdən istifadə qadağandır. Şou proqramlarda “helium qaz”la doldurulmuş şarlardan istifadə edilməsinə yol verilməməlidir. Şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalıdır. YİŞ nəzərdə tutulmuş məkanlar ilkin yanğın vasitələri ilə təmin olunmalıdır”.

Qanunvericiliyə əsasən, mülkiyyət formasından asılı olmayaraq tədbir keçirilən bütün obyekt və müəssisələrin rəhbərləri yanğın təhlükəsizliyinin təmin edilməsinə cavabdehlik daşıyır. Odur ki, tədbir ərəfəsində obyektin yanğından mühafizə sisteminə aid bütün qurğu, avadanlıq və s. təftiş edilməli, onların sazlığı təmin olunmalı, habelə obyektin bütün işçiləri yanğına qarşı təlimatlandırılmalıdırlar. Yeni ili xoş duyğularla qarşılamaq üçün yuxarıda sadalanan, həmçinin yanğın təhlükəsizliyilə bağlı digər qaydalara əməl etmək vacibdir.

Aişə Rzayeva